Belediyye.infonun suallarını Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əLiYEVA cavablandırır:
- Müasir infotmasiya texnologiyalarının tətbiqi bələdiyyənizə nə verir?
- Müasir zaman artıq komputer dövrü kimi qiymətləndirilir və müasir informasiya texnologiyalarının tətbiqi ilə bələdiyyəmiz öz işini müasir tələblərə cavab verən şəkildə qurur, sakinlərdən daxil olan müraciətlərə daha operativ şəkildə cavab verir.
Beləliklə də sakin qısa zaman xərcləməklə öz istəyinə nail olur, bələdiyyə isə sosial bazasını gücləndirir.
- Sizin fikrinizcə vətəndaş-bələdiyyə münasibətlərində bələdiyyə birinci hansı addımı atmalıdır
- Düşünürəm ki, bələdiyyə üzvləri seçkilərdə göstərilən etimadı doğrultmalı və səmərəli xidmət göstərməlidir. Təbii ki, hər bir halda burada etik davranış qaydalarına, bələdiyyələrin statusu haqqındakı qanunda göstərilən müddəalara əməl edilməlidirr.
- Bələdiyyənizdə əməkhaqqının ödənişi hansı formada həyata keçrilr?
- əvvəllər əməkhaqqı nəqd şəklində ödənilirdisə, hazırda kartladır.
- Bəs əməkhaqqını səviyyəsi barədə nə demək olar?
- Məlumdur ki, bələdiyyələr öz büdcələrini yerli yığımlardan edir və bu zaman ciddi problemlərlə üzləşir. Zamanla əmək haqlarının gecikdirilməsi, DSMF-na edilən ödəmələrin yubadılması ciddi maliyyə problemləri yaradıb. Məhz bu kimi problemlərin qarşısını almaq bələdiyyəmizdə minimum əmək haqqı istehlak səbətindən bir qədər çoxdur.
- Yerli vergilərin yığmında əhalinin aktivliyi barəsində nə deyə bilərsiniz?
- Sözüz ki, müəyyən çətinliklər var. Amma zamanında tərəfimizdən aparılan maarifləndirmə işləri vergilərin vaxtında yığılmasına kömək edir. Bundan əlavə, çətinlik yaradan ödəyicilər, qanunvericiliklə məsuliyyətə cəlb edilir və məhkəmədə məcburi ödəniş, əks təqdirdə sənədin ləğvi istiqamətində işlər aparılır.
- Bu gün əhalinin maafirləndirməsinə ehtiyac duyursunuzmu?
- Bəli. Çünki qanunvericilik bazasını zamanla yenilənir, cənab Prezident tərəfindən bələdiyyələrin işlərinin təkmilləşdirilməsi istiqamətində Fərman və Sərəncamlar imzalanır. Bu baxımdan, maarifləndirmə işləri hər zaman aparılmalıdır.
- Bələdiyyələrin Avtomatlaşdırılmış Vergi Sisteminin (BAMS) tətbiqinə keçmisizmi? Bu, bələdiyyəyə nə verir?
- Bəli, artıq iki aydan çoxdur ki, bu sistemə keçid etmişik. BAMS-ın işlənməsi əvvəllər pərakəndə şəkildə olan bir çox məlumatın bir əldə toplanmasına şərait yaradır. Bu da əsaslı vergi ödəyici bazasını formalaşdırır. Bununla biz müasir informasiya texnologiyasının köməyi ilə ərazi haqqında müfəssəl məlumata sahib oluruq.
Belediyye.info